CƏMİYYƏT


Sabahın havası - paytaxtda 36, bölgələrdə 40 dərəcə isti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 23-26° isti, gündüz 32-37° isti, Bakıda gecə 24-26° isti, gündüz 34-36° isti olacağı gözlənilir.