İDMAN


Erməniyə qalib gələn güləşçimiz gənclər arasında dünya çempionu oldu

Finlandiyanın Tampere şəhərində keçirilən güləş üzrə gənclər arasında dünya çempionatında Azərbaycan idmançısı Şahin Muxtarov rəqiblərini məğlub edərək qızıl medal və gənclərin dünya çempionu titulunu qazanıb. Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, idmançımız finala qədər ardıcıl olaraq kanadalı Axtar Kieran İmranı, qırğızıstanlı Akbar Kenjebek Ulunu və rusiyalı Aslan Minkailovu üstələyib. Həlledici görüşdə Ermənistan təmsilçisi Karen Zurabyan ilə qarşılaşan Şahin yüksək əzmkarlıq nümayiş etdirərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır