İDMAN


Velosiped idmanının BMX növü üzrə dünya çempionatı Bakıda keçiriləcək

ABŞ-ın Cənubi Karolina ştatının Rok Hill şəhərində velosiped idmanının BMX növü üzrə dünya çempionatı başa çatıb. 48 ölkədən 3750 idmançının iştirak etdiyi yarışa rəsmi qonaq kimi Azərbaycan nümayəndə heyəti də qatılıb. Rok Hill şəhərinin meri Duq Ekolsla görüş zamanı Azərbaycan Velosiped İdmanı Federasiyasının I vitse-prezidenti Sahib Ələkbərov BMX üzrə dünya çempionatının estafetini ABŞ kimi ölkədən qəbul etməyin Azərbaycanın üzərinə əlavə bir məsuliyyət qoyduğunu bildirib. Qeyd edək ki, BMX növü üzrə dünya çempionatı 2018-ci il iyunun 5-9-da Bakıda keçiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır