İDMAN


“Qarabağ” komandasının Danimarka çempionu ilə keçirəcəyi pley-off oyunlarının başlama vaxtı məlum olub

Ağdamın “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off matçlarının başlama saatları məlum olub. Avqustun 15-də Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq ilk qarşılaşma saat 20:00-da başlayacaq. Bu, həm də günün ilk oyunu olacaq. Cavab görüşü isə avqustun 23-də Danimarkada Bakı vaxtı ilə saat 22:45-ə təyin olunub. Görüş Kopenhagendəki “Telia Parken” stadionunda keçiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır