DÜNYA


Paris yaxınlığında naməlum şəxs avtomobili hərbçilərin üzərinə sürüb

Fransanın paytaxtı Paris yaxınlığında naməlum şəxs avtomobilini hərbçilərin üzərinə sürüb. Nəticədə altı hərbçi xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Hadisə Parisin Levallua-Perre bölgəsində qeydə alınıb. Hadisə yerindən uzaqlaşan avtomobilin axtarışı davam edir.