DÜNYA


Almatıda təyyarə qəzası: 2 ölü

Qazaxıstanda keçirilən təlim uçuşları zamanı Almatı şəhəri yaxınlığındakı "Azem" aeroportu yaxınlığında təlim təyyarəsi qəzaya uğrayıb. AZƏRTAC Qazaxıstanın 24 Xabar televiziyasına istinadən xəbər verir ki, qəza zamanı 2 nəfər - pilot və kursant həlak olub. Hadisənin səbəbləri araşdırılır.