SİYASƏT


Bakıda “Dəniz kuboku-2017” beynəlxalq yarışlarının bağlanış mərasimi keçirilib

Avqustun 11-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Beynəlxalq Ordu Oyunları–2017” çərçivəsində Bakıda təşkil edilən “Dəniz kuboku-2017” beynəlxalq yarışlarının bağlanış mərasimi keçirilib. Qalib komandalara Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev və Rusiya müdafiə nazirinin müavini, general-leytenant Aleksandr Fomin kubok və medal təqdim ediblər.