ELM VƏ TƏHSİL


Tələbə adı qazananlar avqustun 15-dən qeydiyyatdan keçməlidirlər

Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı nəticələrə əsasən, tələbə adı qazanan şəxslər avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.