İDMAN


“Qarabağ”–“Kopenhagen” oyunu: 15 minə yaxın bilet satılıb

Futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qarabağ”-“Kopenhagen” (Danimarka) qarşılaşmasının biletləri satışa çıxarılıb. Azarkeşlər səhər saatlarından etibarən biletləri matçın təşkil olunacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilir.