SİYASƏT


Azərbaycan-Polşa əməkdaşlığının inkişafı ilə bağlı məsələlərə dair müzakirələr aparılıb

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında iştirak edən Polşa nümayəndə heyəti avqustun 16-da Azərbaycan Respublikası Milli Məclisində olub. AZƏRTAC xəbər verir ki, görüşdə Dünya Skaut Konfransının əhəmiyyəti, eləcə də Azərbaycan ilə Polşa arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məsələləri ilə bağlı müzakirələr aparılıb.