CƏMİYYƏT


Bakıda 41-ci Dünya Skaut Konfransının bağlanış mərasimi keçirilib

Avqustun 18-də Buta sarayında 41-ci Dünya Skaut Konfransının bağlanış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Skautlar Assosiasiyasının rəhbəri, Dünya Skaut Komitəsinin yeni üzvü İlyas İsmayıllı çıxış edərək 41-ci konfransın keçirildiyi günlərdə məhsuldar müzakirələrin aparıldığını qeyd edib. Bildirib ki, avqustun 14-dən başlayaraq keçirilən konfrans günlərində skautlar son 3 ildə görülən işlərlə bağlı aparılan fikir mübadilələrində, hərəkatın gələcək planları ilə bağlı müzakirələrdə, təşkilata yeni üzvlərin seçilməsində baş tutan səsvermələrdə fəal iştirak ediblər.