DÜNYA


Barselonada baş vermiş terror aktı qurbanlarının sayı 15 nəfərə çatıb

Barselonada baş vermiş terror aktı qurbanlarının sayı 15 nəfərə çatıb. Bu barədə ölkənin yerli mətbuat orqanları məlumat yayıb. Qeyd edək ki, ötən gün Barselona şəhərində naməlum sürücü idarə etdiyi avtomobili kütlənin üzərinə sürüb. Las Ramblas turizm bölgəsində baş vermiş hadisə nəticəsində ilkin məlumata görə 13 nəfər ölüb və 119 nəfər yaralanıb.