CƏMİYYƏT


IDEA Heyvanlara Qayğı Mərkəzi: Gətirilən küçə itləri quduzluq əleyhinə peyvəndlənir

Son vaxtlar Bakı və ətraf ərazilərdə sahibsiz itlərin çoxalması şəhər sakinləri ilə yanaşı heyvansevərləri də narahat edir. Bu narahatlıq itlər arasında quduzluq təhlükəsi və müxtəlif xəstəliklərə görədir. Küçə itlərinin çoxalmasının qarşısını almaq üçün dünya təcrübəsində “tut-peyvəndlə-axtala-burax” proqramından istifadə olunur.