CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstəsi Gürcüstanda meşə yanğınlarının söndürülməsinə cəlb olunub

Gürcüstan Hökumətinin müraciətinə əsasən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə avqustun 22-də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə və yanğınsöndürmə texnika və avadanlıqları ilə təchiz olunmuş xüsusi xilasetmə dəstəsi bu ölkəyə yola düşüb.