MƏDƏNİYYƏT


Bakıda növbəti dəfə “Global Village” mədəniyyət festivalı keçirilib

Bu gün Dənizkənarı Milli Parkda “AİESEC” Azərbaycan Beynəlxalq Gənclər Təşkilatının təşkilatçılığı ilə “Global Village” mədəniyyət festivalı keçirilib. Festivalda dünyanın 30-dan çox ölkəsindən olan nümayəndələr dostluq abu-havasını yaratmaq, ölkələrinə məxsus olan rəqsləri, musiqini, incəsənəti, mətbəxi və adət-ənənələri nümayiş etdirmək üçün Bakıda bir araya gəliblər.