RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər naziri ilə görüşüb

Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bugünkü mərasimə ünvanladığı təbrik məktubundakı xoş sözlərinə görə minnətdarlığını bildirdi.