İDMAN


2019-cu ildə UEFA Avropa Liqasının final matçı Bakı Olimpiya Stadionunda keçiriləcək

Bu barədə qərar sentyabrın 20-də UEFA İcraiyyə Komitəsinin Cenevrənin Nyon şəhərində keçirilən iclasında açıqlanıb. UEFA Çempionlar Liqasının final matçına ev sahibliyi uğrunda Bakı Olimpiya Stadionunun rəqibi olan “Atletiko Madrid” klubunun “Vanda Metropolitano” stadionu qalib gəlib. Qərara əsasən, Bakı Olimpiya Stadionu UEFA Avropa Liqasının final matçına ev sahibliyi edəcək.