CƏMİYYƏT


Nəbibə Həsənova: Həyatda çətinliyim çox olub və hər dəfə də çıxış yolunu özüm tapmışam

Zəngin və mənalı ömür yolu keçən Nəbibə xanım çalışdığı sahədən, tutduğu vəzifədən asılı olmayaraq hər zaman novatorluğu, idarəetmədə cəsarətli addımları ilə ətrafdakıları heyrətləndirib, necə deyərlər, dostları sevindirib, paxıl, qısqanc adamları isə məyus edib. O zaman Moskvada nəşr olunan “Oqonyok” jurnalında dərc edilmiş fotoşəklinin altında bu sözlər yazılmışdı: “SSRİ-nin ən cavan (29 yaşlı) qadın naziri Nəbibə Həsənova”.