CƏMİYYƏT


Tokioda keçirilən “JATA-2017” beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunur

Sentyabrın 22-də Yaponiya paytaxtının möhtəşəm “Tokyo Big Sight” sərgi salonunda "JATA Tourizm EXPO Japan - 2017" beynəlxalq turizm sərgisi fəaliyyətə başlayıb. Açılış mərasiminə Yaponiya hökumətinin rəsmiləri, bu ölkədəki diplomatik korpusun nümayəndələri, iştirakçı ölkələrin turizm şirkətlərinin rəhbərləri qatılıblar.