RƏSMİ


Salyanda Bayraq Muzeyi açılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Salyana səfəri çərçivəsində Bayraq Muzeyinin açılışında iştirak edib. Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün oldu. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra milli bayrağımız ilk dəfə Ulu Öndər tərəfindən Naxçıvanda qaldırıldı.