RƏSMİ


Azərbaycanın qadın voleybolçuları Avropa çempionatında növbəti qələbə qazanıblar
Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb

Sentyabrın 24-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin növbəti qarşılaşmasında “A” qrupunda yer alan Azərbaycan milli komandası ikinci görüşünü keçirib. AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən görüşdə Azərbaycan komandası Polşa yığması ilə qarşılaşıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb.