RƏSMİ


Azərbaycanın qadın voleybolçuları Almaniya millisinə qalib gələrək Avropa çempionatının dörddəbir finalına yüksəliblər
Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb

Sentyabrın 25-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin “A” qrupunda yer alan Azərbaycan milli komandası Almaniya yığması üzərində inamlı qələbə qazanaraq dörddəbir finala yüksəlib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb.