SİYASƏT


Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Sentyabrın 25-də Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Krallıq elan olunması günü münasibətilə rəsmi qəbul təşkil edib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Musaid bin İbrahim bin Abdullah Əl-Suleym ölkəsinin keçdiyi inkişaf yolundan danışıb, müxtəlif sahələri əhatə edən uğurlara imza atdığını vurğulayıb.