MƏDƏNİYYƏT


Müğənni-bəstəkar Emin Ağalarov Bakıda solo konsert verəcək

Azərbaycanlı müğənni və bəstəkar EMIN dekabrın 17-də Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edəcək. Saat 20.00-da başlayacaq konsert proqramına onun hamı tərəfindən sevilən məşhur hitləri ilə yanaşı, tamamilə yeni kompozisiyaları daxildir. Konsertdə ifaçını öz orkestri müşayiət edəcək.