RƏSMİ


Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşünə gəlib. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.