RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfərə gəlib

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula gəlib. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.