SİYASƏT


ABŞ-ın Torrens şəhərində Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edilib

ABŞ-ın Los Anceles vilayətinin Torrens şəhərində Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar geniş tədbir keçirilib. Tədbirdə çıxış edən Torrens Şəhər Şurasının üzvü Haydi Eşkraft Azərbaycanın müstəqillik tarixi, keçdiyi inkişaf yolu və əldə etdiyi nailiyyətlər barədə iştirakçılara məlumat verib.