CƏMİYYƏT


Sabah bəzi yerlərdə duman olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 11-15° isti, gündüz 18-22° isti, Bakıda gecə 13-15°, gündüz 19-21° isti olacağı gözlənilir.