RƏSMİ


İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşü keçirilib Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə xüsusi qonaq qismində iştirak edib

Oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.