MƏDƏNİYYƏT


Bakıda hərbi orkestrin müşayiəti ilə estrada müğənnilərinin konserti

Oktyabrın 20-si Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin konserti keçirilib. Bu dəfə hərbi orkestr ənənəvi repertuarla yanaşı, estrada janrında yazılan mahnıları da ifa edib. Tanınmış estrada ifaçılarını müşayiət edən orkestr tamaşaçılar üçün maraqlı musiqi nömrələri təqdim edib. Konsertdə xalq artisti Samir Cəfərov, əməkdar artist Xəyyam Mustafazadə, Elnarə Xəlilova, Rəşad İlyasov, Eldar Quliyev, Dilarə Kazımova və başqaları iştirak edib.