SİYASƏT


Milli Məclisin komitə iclasında bir sıra qanun layihələri müzakirə olunub

Noyabrın 15-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilir. AZƏRTAC xəbər verir ki, komitə sədri Hadı Rəcəbli gündəlikdəki məsələlər barədə məlumat verib. İclasda “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanun layihələri müzakirə olunur.