SİYASƏT


Komanda-qərargah hərb oyunları Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Orduda davam edir

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün qoşun növlərinin cəlb edildiyi komanda-qərargah hərb oyunlarının birinci - hazırlıq mərhələsi Naxçıvan Qarnizonunun qoşunlarında başa çatdırılaraq ikinci mərhələyə start verilib. Əlahiddə Ümumqoşun Ordunun birbaşa və əməliyyat tabeliyində olan birləşmə və hissələrin qərargahlarında komanda-qərargah hərb oyunlarına hazırlıq planına uyğun olaraq bir sıra tədbirlər həyata keçirilib.