MƏDƏNİYYƏT


Azərbaycan ilk dəfə Avstraliyada keçirilən beynəlxalq milli mətbəx festivalında iştirak edib

Noyabrın 19-da Azərbaycan ilk dəfə Qərbi Avstraliya ştatının paytaxtı Pert şəhərində keçirilmiş beynəlxalq milli mətbəx festivalında iştirak edib. AZƏRTAC xəbər verir ki, builki VII beynəlxalq festival Avstraliyada akkreditə olunmuş konsulluq korpusu tərəfindən təşkil olunub. Ölkəmizin Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva deyib ki, burada yaradılan Azərbaycan pavilyonu bu ölkədəki konsulluğumuz, Azərbaycan-Avstraliya Dostluq Cəmiyyəti və Avstraliyada yaşayan həmvətənlərimiz tərəfindən təşkil edilib. Festivalın qonaqlarına və iştirakçılarına Azərbaycan milli mətbəxindən müxtəlif nümunələr, eləcə də mədəni proqram təqdim olunub.