CƏMİYYƏT


Xəzər Dənizi Su Bioloji Resursları Komissiyasının 1-ci Təsisedici Hökumətlərarası Sessiyası öz işinə başlayıb

Noyabrın 21-də Bakıda Xəzər dənizinin su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın 1-ci Təsisedici Hökumətlərarası Sessiyası öz işinə başlayıb. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın nümayəndə heyəti ilə yanaşı, Xəzəryanı ölkələrin balıqçılıq sahəsi üzrə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndə heyətləri iştirak edir.