DÜNYA


ABŞ-ın Atlanta şəhərində 214 milyon dollarlıq stadion partladılıb

ABŞ-ın Atlanta şəhərində “Georgia Dome” stadionunun günbəzi iki ton partlayıcı vasitəsi ilə uçurulub. Stadion 1992-ci ildə ABŞ-ın Milli Futbol Liqasında çıxış edən “Atlanta Falcons” (Atlanta şahinləri) komandası üçün tikilmişdi. Layihənin dəyəri 214 milyon dollar idi. Bundan sonra “şahinlər” ev oyunlarını tikintisinə 1,6 milyard dollar xərclənən yeni arenada keçirəcəklər.