İDMAN


Bu gün “Qarabağ” “Çelsi”ni qəbul edəcək

Bu gün Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulacaq. “C” qrupunda yer alan Azərbaycanın “Qarabağ” komandası doğma meydanda “Çelsi”ni qəbul edəcək. Qarşılaşma yerli vaxtla saat 21:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.