MƏDƏNİYYƏT


Azərbaycanlı alimin Cənubi Qafqazda alman məskənlərinin salınmasından bəhs edən kitabının Berlində təqdimatı olub

Almaniya Xarici İşlər Nazirliyinin Beynəlxalq Klubunda Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası Katibliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru professor İlham Məmmədzadənin “Mədəniyyətlərin qarşılıqlı təsirinin fəlsəfəsi və Cənubi Qafqazda alman məskənlərinın salınması” adlı kitabının təqdimatı keçirilib.