RƏSMİ


Prezident İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahına gəlib. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq dövlətimizin başçısı İlham Əliyevi qarşıladı.