ELM VƏ TƏHSİL


Görkəmli alim Həsən Mirzəyevin anadan olmasının 90 illiyi qeyd edilib

Noyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Həsən Mirzəyevin anadan olmasının 90 illiyi münasibətilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, eləcə də alimin yetirmələri əvvəlcə universitetin foyesində Həsən Mirzəyevə həsr edilmiş sərgiyə baxıblar.