RƏSMİ


Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirak edib

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitində iştirak edib. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısı Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasında iştirak etmək üçün Avropa İttifaqının binasına gəldi.