SİYASƏT


Avropadakı azərbaycanlılar Brüsseldə Avropa Parlamentinin binası qarşısında aksiya keçiriblər

Noyabrın 24-də Avropadakı azərbaycanlılar Belçika Krallığının paytaxtı Brüsseldə Avropa Parlamentinin binası qarşısında etiraz aksiyası keçiriblər. AZƏRTAC xəbər verir ki, Avropa Azərbaycanlıları Konqresinin təşkil etdiyi aksiyada 250 nəfərə yaxın soydaşımız iştirak edib. Aksiyanın məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması ilə bağlı Avropada yaşayan azərbaycanlıların narahatlığını Avropa parlamentarilərinin diqqətinə çatdırmaqdır.