RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirak edib

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısı Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasında iştirak etmək üçün Avropa İttifaqının binasına gəldi. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Avropa İttifaqına sədrlik edən Estoniyanın Baş naziri Yuri Ratas dövlətimizin başçısını salamladılar. Sonra Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyası oldu. Prezident İlham Əliyev sessiyada çıxış etdi.