RƏSMİ


Prezident İlham Əliyev Xəzər rayonunun Zirə qəsəbəsində “BAKU AGROPARK”da görülən işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Xəzər rayonunun Zirə qəsəbəsində “BAKU AGROPARK”ın birinci mərhələsi çərçivəsində görülən işlərlə tanış olub. AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev və sahibkar Səməd Qurbanov dövlətimizin başçısına Aqropark barədə məlumat verdilər.