MƏDƏNİYYƏT


“Türk dünyasının nağıl bağı” kitabının təqdimatı olub

Azərbaycan Xalça Muzeyində “Türk dünyasının nağıl bağı” kitabının təqdimatı olub. Kitab F.Köçərli adına Respublika Uşaq Kitabxanasının TÜRKSOY-la birgə layihəsi əsasında çap olunub. Layihənin reallaşdırılmasında məqsəd türk xalqlarının zəngin bədii təfəkkürünü özündə yaşadan nağılları bir yerə toplayaraq təqdim etməkdir.