MƏDƏNİYYƏT


“The Culture Trip”: Azərbaycana səyahət etmək üçün 11 səbəb

Dünya ölkələrinin mədəniyyətlərindən yazan “The Culture Trip” portalı Azərbaycan haqqında silsilə məqalələr yayıb. AZƏRTAC xəbər verir ki, məqalələrdə ölkəmizin görməli yerləri və turizm potensialı barədə ətraflı məlumat verilib. Müəllif Sam Bedford təqdim etdiyi reportajlarında Azərbaycanın təbiəti, paytaxt Bakının simvolu olan Qız qalası, “Alov qüllələri” kompleksi, Atəşgah məbədi barədə ətraflı söz açır. O, Azərbaycanda turistlərin diqqətini cəlb edə biləcək kifayət qədər gözəl məkanların olduğunu vurğulayır.