SİYASƏT


Müdafiə Nazirliyi: Ermənistan ordusunun bir hərbi qulluqçusu məhv edilib, iki hərbçisi ağır yaralanıb

Müdafiə Nazirliyi Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatı şərh edib. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə düşmən tərəfin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb.