CƏMİYYƏT


Sumqayıtda dini radikalizm mövzusunda seminar-müşavirə keçirilib

Fevralın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib. Seminar-müşavirədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, eyni zamanda, bu qurumların Sumqayıt şəhəri, Abşeron, Xızı, Qobustan, Zəngilan və Qubadlı rayon strukturlarının məsul nümayəndələri, ziyalılar, dindarlar və ictimai fəallar iştirak ediblər.