İDMAN


Formula-1 yarışı ilə əlaqədar Lənkəranda keçirilən çempionatda 200-dən çox məktəbli iştirak edib

Fevralın 19-da Lənkəran Şəhər Mədəniyyət Mərkəzində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında simulyatorda “Formula-1” (F1) çempionatına start verilib. Çempionat çərçivəsində, həmçinin yol hərəkəti təhlükəsizliyinə dair seminarlar da təşkil olunub.