SİYASƏT


İspaniyada Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib

İspaniyanın paytaxtı Madriddə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” kampaniyası çərçivəsində anım mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, ölkəmizin İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə bu ölkədə fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, parlament üzvləri, yerli kütləvi informasiya vasitələrinin, ictimaiyyətin, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.