MƏDƏNİYYƏT


Vyanada tanınmış Azərbaycan rəssamı Anar Hüseynzadənin sərgisi açılıb

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində tanınmış azərbaycanlı rəssam Anar Hüseynzadənin əsərlərindən ibarət “Abşeron nağılı” adlı sərgi açılıb. AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova qonaqlara rəssamın həyat və yaradıcılığı haqqında məlumat verib. Qeyd edilib ki, hələ altı yaşından rəssamlığa meyil göstərən A. Hüseynzadə məktəblilər üçün dərnəklərdən başlayaraq rəngkarlıq sənəti ilə dərindən məşğul olmağa başlayıb və təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirib.